Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müşavirədə qurumun baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov və ərazi yanğından mühafizə idarə, dəstə və hissələrinin məsul şəxsləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.
Sonra nazirliyin baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiya vermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.
Daha sonra nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov çıxışında xidmətdə nizam-intizamın, şəxsi heyətin peşə və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyindən danışıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il ərzində respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Bundan əlavə, çıxış edənlər döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının xidmətin təşkili üçün zəruriliyini də vurğulayıblar.
Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni rəis təyin edildi
- İtkin düşən balıqçının qardaşı: "Deyirlər, tutub İrana aparıblar"
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb
- Naxçıvanda hərbi sursat aşkar edilib
Rəylər