Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.
FHN-dən verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, bir yol-nəqliyyat hadisəsi, bir intihar hadisəsi və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində doqquz nəfər xilas edilib.