Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mühafizə postu yaradılıb.
Oxu.Az FHN-nin məlumatına istinadla xəbər verir ki, mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıb və göstərilən əraziyə daxil olmalarının qarşısını alıblar.