“Ovçuluq qaydalarının pozulması, heyvanlara rəhimsiz davranışla bağlı cərimələr artırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda qanun razılaşma mərhələsindədir:
“Bununla bağlı cərimələr artırılacaq”.
O qeyd edib ki, ov lisenziyası ilə bağlı şəffaflığın təmin olunması prosesi təmin olunur:
“Vətəndaşlar “ASAN Xidmət”ə müraciət edib lisenziya alırlar”.
İlhamə Əbülfət