Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salındı - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.
Oxu.Az-ın məlumatına görə, yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi heyətdir. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə orada qərar veriləcək.
07:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.
Oxu.Az-ın məlumatına görə, humanitar yardım yaxın saatlarda Beynəlxalq Hava Limanından yola salınacaq.
Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq.
Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.
Qeyd edək ki, ötən gün nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə gediblər.
PhotoStock.az-ın Beynəlxalq Hava Limanından hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda iki bitişik evdə YANĞIN baş verdi
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- "Görüş" şadlıq evinin fəaliyyəti dayandırıldı