Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fuad Qəhrəmanlının qızının zorlanması işini baş prokuror nəzarətə götürdü
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlının (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı məsələ Baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürüb.
Bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, bu gün səhər Kamran Əliyevin böyük köməkçisi Mahir Abbasovla görüşüb:
“Cinayət işi materiallarında bizi narazı salan halları yenidən danışmağımızı istədilər. Mən ekspertiza rəyləri və cinayətin baş verməsini təsdiq edən sübutlar haqqında danışdım”.
“Görüş zamanı Mahir Abbasov bildirdi ki, iş Yasamal Rayon Prokurorluğundan alınacaq və başqa bir yerdə baş prokuror Kamran Əliyevin nəzarəti altında araşdırılacaq”.
Qeyd edək ki, Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
O, Yasamal Rayon Prokurorluğunda cinayət işinin aparılmasından narazı olduğun qeyd edib.
İlhamə Əbülfət
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Baş prokuror 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
Rəylər