Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Oxu.Az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Shacman" markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb və 1 nəfər yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir?
- Kəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT
- Nəsimi rayonunda "Kəndli yarmarkası"nın fəaliyyəti dayandırılıb
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"
- FHN əhaliyə MÜRACİƏT ETDİ: Hava şəraiti dəyişir