Bir neçə saat ərzində Bakıda yollar yağış sularından keçilməz hala gəlib. Paytaxtın müxtəlif küçə və prospektlərində su dizə qədər qalxıb. Venesiya küçələrindən fərqli olaraq, Bakı sakinləri qayıqdan istifadə etmədiklərindən iş-gücə tələsənlər yubanmalı olublar.
PhotoStock.Az yağışın Bakıda yaratdığı mənzərələri görüntüləyib. Fotoları təqdim edirik:
Daha çox foto burada: PhotoStok.Az
09:35
Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.
Oxu.Az-ın məlumatına görə, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb.
Eyni vəziyyət metronun “Nizami” stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar.
Həmçinin “Qış parkı”nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib.
Həmin görüntüləri təqdim edirik:
Bir neçə saat ərzində Bakıda yollar yağış sularından keçilməz hala gəlib. Paytaxtın müxtəlif küçə və prospektlərində su dizə qədər qalxıb. Venesiya küçələrindən...
Rəylər