"Gələn ildən Bakıda yeni metro stansiyalarının tikintisinə başlanacaq".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər stansiyaların texniki şərtlərin hazırlanması başa çatdırılacaq:
"Gələn ilin əvvəllərində metro stansiyalarının tikintisi ilə bağlı tender elan olunacaq. Tenderlərin qalibləri ilə müqavilələr imzalanacaq və stansiyaların tikintisinə start veriləcək. Yeni 9 stansiya 2030-cu ilə qədər istifadəyə veriləcək. Yeni stansiyalardan 5-i "bənövşəyi", 4-ü isə "yaşıl xətt" üzrə inşa olunacaq. Yeni stansiyaların 4-ü keçid stansiyaları olacaq".