Qusar rayon Avaran kənd sakini Ağabəyova Əfsanə Minnətağa qızı itkin düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ə.Ağabəyova iyunun 22-də saat 18:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. O, evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini və telefonunu götürüb.
Qusar rayon Polis Şöbəsinin əməkdaşları Ə.Ağabəyovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.