Gəncə Qənnadı Fabrikində güclü yanğın olub.
Oxu.Az Kəpəz TV-yə istinadən bildirir ki, fabrikin 3-cü mərtəbəsində naməlum səbəbdən yaranan alov getdikcə güclənib, nəticədə alov 4-cü mərtəbəyədək sıçrayıb.
Hadisə yerinə FHN-in Gəncə DYMH-nin 6 maşını və canlı qüvvəsi cəlb olunub.
Hazırda alovu ram etmək mümkün olub və ərazidə söküntü işlərinin aparılmasına başlanılıb.
10:33
Gəncədə yanğın hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, bundan əvvəl Aznews.az saytı yanğının hərbi təyinatlı zavodda baş verdiyini yazmışdı.
10:22
Azərbaycanda hərbi-texnoloji zavodda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, AzNews.az-ın hadisə yerdə olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə Gəncədə yerləşən “Büllur” hərbi təyinatlı müəssisənin binası yanır.
Yanğın müəssisənin əsas binasının 3,4,5-ci mərtəbələrini əhatə edir. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlməyə başlayıb.
Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.