Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gəncə sakini: “Evimdə qeydiyyatda olan dörd nəfəri tanımıram” - VİDEO
Gəncənin Nərimanov küçəsinin sakinləri anlaşılmaz vəziyyətlə qarşılaşıblar.
Belə ki, sözügedən küçənin üçüncü döngə ünvanında yerləşən ikinci binada yaşayan Gülsüm Sadıqovaya bir ay əvvəl tanımadığı şəxs zəng vuraraq satdığı evdə qeydiyyatda olanları çıxartmağı tələb edib.
Məsələni araşdırdıqda məlum olub ki, başqa bir ünvanda satılan ev qeydiyyatda M.Sadıqovanın adına görünür.
Eyni problemlə qarşılaşan Gəncə sakini Nuru Nəcəfov evinin qeydiyyatında üç nəfərin olduğunu bildirib:
“Asan xidmətdə yoxladıq ki, evimdə qeydiyyatda olan 7 nəfərdi, mən qeydiyyatda olan 4 nəfəri tanımıram”.
Daha ətraflı Baku TV-nin süjetində:
Rəylər