Gəncə şəhər sakini 18 yaşlı Kazım Babayev dəmiryol xəttini keçən zaman hərəkətdə olan elektrovoz onu vurub.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətinin kafi olduğu bildiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az