Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gəncədə 21 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Gəncə şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
“Report” xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 2001-ci il təvəllüdlü S.Həsənov hündürlükdən yıxılaraq ağır xəsarət alıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Hazırda huşsuz vəziyyətdə olan gəncin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ən çox oxunanlar