Gəncədə 47 yaşlı kişi intihar edib.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Ülfət Nəriman oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.