Gəncədə intihara cəhd olub.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Xəqani Qasımov sirkə cövhərindən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən X. Qasımovu xilas etmək mümkün olub.
Araşdırma zamanı X. Qasımov bildirib ki, maddi cəhətdən çətinlik çəkdiyinə görə özünü öldürmək istəyib.