Gəncədə yaşlı qadın hovuzda boğulub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Çarıqçılar küçəsi, ev 60-da qeydə alınıb.
Şəhər sakini, 1944-cü il təvəllüdlü Nafilə Məmmədova həyətyanı sahədəki su hovuzunda boğularaq ölüb.
Hadisə zamanı evdə onun yaxınlarından kimsə olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev