Bu gün Gəncə şəhərində Gəncə Regional “Asan Xidmət” Mərkəzinin açılış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr iştirak ediblər.
Mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı, Azərbaycanın daha 10 rayonunun əhalisi də istifadə edə biləcək. Ümumilikdə, Mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.
Mərkəzin inzibati binasının sahəsi 4 min kv. metr olmaqla, 4 mərtəbədən ibarətdir. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 6 500 kv. metr sahə ayrılıb.