Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Gəncənin Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qaynar xətt:
(055) 224 12 12