Gəncə şəhərində kişinin arvadına bıçaqla xəsarət yetirməsi, daha sonra çəkiclə döyməsi barədə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:
“Müəyyən ekspertizalar təyin edilib. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, hadisə məişət zəmində baş verib.
10:12
Gəncə şəhərində kişi arvadına bıçaqla xəsarət yetirib və çəkiclə döyüb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü X.Qəhrəmanov həyat yoldaşı, 1969-cu il təvəllüdlü A.Qəhrəmanovaya bıçaqla xəsarət yetirib, daha sonra onu çəkiclə döyüb.
O, başın kəsilmiş-deşilmiş yarası və digər xəsarətlər alıb.
Qadın döyülməsi ilə bağlı polisə müraciət edib.
İlhamə Əbülfət