Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə qaraj içərisindəki əşyalarla birlikdə yanıb - VİDEO
Gəncədə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.Şeyxzamanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının vətəndaşa məxsus qarajda baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10 kvadratmetr olan qarajın içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yaxınlıqdakı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin binası və digər qarajlar yanğından mühafizə edilib.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
- Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı
- FHN-in Tibb Xidmətinin rəisi istefa verdi