Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın qərb bürosu məlumat yayıb. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
L.Ə.