Gəncədə baş verən qəzada xəsarət alanlardan biri ölüb.
APA xəbər verir ki, həmin şəxs 1985-ci il təvəllüdlü Ayaz Məmmədovdur.
Xəsarət alan 1962-ci il təvəllüdlü Məhəd Qasımovun müalicəsi davam etdirilir.
22:50
Gəncə şəhərində iki avtomobil toqquşub.
“Report”un məlumatına görə, hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
VAZ-2106 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində, 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
22:32
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” ilə VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparırılır.