Gəncədə intihar etdiyi ehtimal olunan qadının qətlə yetirildiyi məlum olub.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 55-də yaşayan, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərovanın qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə yetirildiyi müəyyənləşib.
Hadisəni törədən N.Bayramov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.