Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 26-sı saat 17:40-da 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmişlər.