Gəncədə yeddi yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanında baş verib.
Xəsarət alan 2018-ci il təvəllüdlü A.Əliyeva xəstəxanaya çatdırılıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, iyulun 17-si saat 01:50-də 2018-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
"Ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub. Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova