Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti açıqlandı
Ötən gün xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü F.Səfərovanın son durumu açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, 30.03.2025-ci il tarixində saat 21:10-da 2011-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazının toksiki təsiri diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.