Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Oxu.Az əbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 1-də axşam saatlarında şəhərin Nizami ilə Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. Gəncə şəhər sakini, 30 yaşlı Rafiz Qasımov idarə etdiyi” VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən, 59 yaşlı Tərxan Qurbanovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardı Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Ən çox oxunanlar