Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülüb.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov deyib.
O bildirib ki, sözügedən ərazidə qeydə alınan vəziyyətlə bağlı şikayət əsasında xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:
“Yeni Gəncə qəsəbəsi, “Dərə” adlanan ərazidə məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və fakt təsdiqini tapıb.
Hazırda ərazi xidmətin əməkdaşlarının nəzarəti altında Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi və Yeni Gəncə Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən tullantılardan təmizlənir”.