Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gəncənin mərkəzində olan hərbi hissələr köçürüləcək
Azərbaycan Prezidentinin tapşırığına görə, Gəncənin mərkəzində olan hərbi hissələr şəhərdən kənar ərazilərə köçürüləcək.
Oxu.Az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr edilən hesabat iclasında bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığı əsasında Gəncədə olan hərbi hissələrin köçürülməsi işinə yaxın vaxtlarda başlanılacaq. E.Vəliyev bildirib ki, şəhərdə təxminən 1000 hektar ərazi hərbi hissələrin istifadəsindədir:
“Hərbi hissələr köçürüldükdən sonra torpaqlar şəhər bələdiyyələrinə veriləcək və orada müxtəlif layihələr həyata keçiriləcək. Burada əsasən hündür mərtəbəli binaların tikilməsi nəzərdə tutulur”.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Dünya İqtisadi Forumunun hesabatı: Azərbaycan üçün əsas risk süni intellektdir
- Yeni Kaledoniyada Fransanın müstəmləkələri olan ərazilərin ilk konqresi keçirilir
- Azərbaycanla İran arasında yeni SƏNƏD: Yeni dünya nizamında ölkələrin hədəfləri
- Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub
- Deputat: "Davos İqtisadi Forumu Azərbaycana strateji baxışlarını dünyaya təqdim etmək imkanı verir"
Rəylər