Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gənclərin cəmiyyətdə davranışına dair sosial çarx - VİDEO
“Gənclərin ictimai davranış qaydalarının təbliğində rolu” videoçarxı təqdim olunub “Gənclərin ictimai davranış qaydalarının təbliğində rolu”na həsr olunmuş sosial videoçarxın təqdimatı keçirilib.
Oxu.Az-ın məlumatına görə, təqdimata Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclərlə İş sektorunun məsləhətçisi Rahu Qurbanova, Gənclər İdman Nazirliyinin baş məsləhətçisi Faiq Qurbanzadə, NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı, jurnalist Gunay Malikqızı qatılıblar.
Çıxış edənlər vurğulayıblar ki, bu gün gənclərin bu sahədə maariflənməsinə böyük ehtiyac var. Onlarla yol qəzalarına səbəb olan düzgün yerdən keçməmələri, böyük mənfi fəsadlara yol açan ictimai yerlərdə özlərini aparmaq davranışları barədə geniş miqyaslı iş aparılmalıdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd ictimai davranış qaydalarının təbliğ olunması və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir.
