Goranboy sakini qayadan yıxılaraq ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 31-i saat 19.00 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Taleh Əliyev qayadan yıxılıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.