Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.
"Priora" markalı avtomobil rayon sakini, 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunu vurub.
Zərərçəkmiş şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.