Goranboyda 58 yaşlı kişini güllələyən şəxsin kimliyi məlum oldu.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan M.İbrahimovu vuran şəxs qohumu, 1958-ci il təvəllüdlü R.Hacıyevdir.
Yeznə-qayın arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Hacıyev M.İbrahimovu qorxutmaq istəyərkən silahdan atəş açılıb.
Faktla bağlı araşdırma aparılır.
15:28
Goranboyda silahlı insident olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndidə baş verib.
1963-cü il təvəllüdlü M.İbrahimov naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Könül Cəfərli