Goranboyda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslərin kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, onlar Goranboy rayon sakinləri, 1974-cü il təvəllüdlü A.İmamverdiyev, 2015-ci il təvəllüdlü F.İbrahimova, 1983-cü il təvəllüdlü R.İbrahimov və 1989-cu il təvəllüdlü N.İbrahimovadır.
Bundan əvvəl yayılan məlumatda 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət aldığı bildirilib.
Xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, hadisə bu gün rayonun Rəhimli kəndində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
15:45
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan hələlik bir nəfərin şəxsiyyəti bəllidir - bu, 1989-cu il təvəllüdlü N.Həsənovadır.
Faktla bağlı araşdırma aparılır.