Goranboy rayonunda yerli sakin bıçaq xəsarəti alıb.
“Report” xəbər verir ki, Goranboy rayon Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M. Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M. Rafiyev artıq əməliyyatı olunub, vəziyyəti kafi qiymətləndirilir
Faktla bağlı araşdırma aparılır.