Goranboyun Balakürd kəndində “BMW X5” markalı avtomobilin aşması nəticəsində baş vermiş qəzada ölən və yaralanan şəxslərin adları bəlli olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində həlak olan Günel adlı xanım, xəsarət alan isə Tural Abdullayevdir.
19:23
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan “BMW X5” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.