Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Göyçayda ağır QƏZA: Xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyunun 23-ü, saat 12:00-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
"Onlardan 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə, 1958-ci il təvəllüdlü şəxs (qadın cinsli) və 1962-ci il təvəllüdlü şəxs (kişi cinsli) kəllə-beyin və döş qəfəsi travmaları ilə Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
1956-cı il təvəllüdlü şəxsə (kişi cinsli) isə zəruri tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar "Mercedes" markalı avtomobilin sürücüsü Qabil Məmmədov, sərnişinləri Nigar Məmmədova, Nübar İbadova və "AzSamand"ın sürücüsü Nizami Kərimovdur.
Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 11-də rayonun Hüngütlü kəndi ərazisində qeydə alınıb.
10-MX-244 dövlət nömrə nişanlı "Mercedes"lə 10-TD-153 dövlət nömrə nişanlı "AzSamand" avtomobili toqquşub.
Xəsarət alanların olduğu bildirilir. Fakt araşdırılır.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Ucarda sahibsiz it qəzaya səbəb oldu - Xəsarət alanlar var
- Goranboyda ölümlə nəticələnən avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
- Qəfil manevr edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ailəsinin üç üzvünün ölümünə səbəb olan sürücüyə hökm oxundu