Göyçay şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli altı otaqlı evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 kvadratmetr olan talvarın altında dayanan VAZ markalı minik avtomobilinin salonu yanıb.
“Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə qeyd olunub.
20:42
Göyçay rayonunda ev yanıb.
APA xəbər verir ki, hadisə Göyçayda yerləşən iki mərtəbəli evdə qeydə alınıb.
Hadisə zamanı evlə yanaşı içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı ev sahibi Göyçay sakini 1949-cu il təvəllüdlü Oktay Mamed oğlu Mamedov yanıq xəsarətləri alıb. Hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunublar, vətəndaşa tibbi yardım göstərilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.