Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirdi - FOTO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər.
Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.
Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb
- DİN əməkdaşlarının maaşları ilə bağlı Nazirlər Kabinetindən QƏRAR
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI
- Zərdabda "Mercedes" aşdı, sürücü öldü
- Şəmkir su anbarında elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar