Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, VAZ-2115 markalı avtomobilin “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Müşfiq Bayramov ölüb, 1998-ci il təvəllüdlü Xalay Malik oğlu Tahirli, 1998-ci il təvəllüdlü Bayram Vəli oğlu Məmmədov və onların həmyaşıdı Elgün Mübariz oğlu Hüseynli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.




