Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Göygöldə mebel mağazası qəsdən yandırılıb? - YENİLƏNİB + VİDEO
Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, “Arzu” mebel mağazasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 kvadratmetr sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
01:48
Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
01:43
Göygöldə yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda iki bitişik evdə YANĞIN baş verdi
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- "Görüş" şadlıq evinin fəaliyyəti dayandırıldı