Göygöldə Mollacəlili kəndində kütləvi dava olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bir neçə yeniyetmə arasında baş verən dava zamanı kənd sakini 2003-cü il təvəllüdlü Ələkbərov Ayxan Firuz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
A.S.
www.oxu.az