“Gözəllik salonlarına, bərbərxanalara icazə alaraq gedən və evə gecikən şəxslərə güzəşt olunmayacaq”.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib:
“Bərbərxanlara, gözəllik salonlarına getmək üçün icazə alaraq yaşayış yerlərini tərk edən şəxslərə gecikdikləri üçün heç bir güzəşt tətbiq edilmir. Vətəndaşlara gün ərzində küçəyə çıxmaq üçün üç saat icazə verilir. Onlar bunu mütləq şəkildə nəzərə almalı və işlərini ona uyğun şəkildə tənzimləməlidir. Gözəllik salonuna, bərbərxanalara gedən şəxslər əvvəlcədən növbə tutmalıdır. Əgər onlar orada bir neçə iş görmək istəyirsə, həmin işləri günlərə bölüb, növbəli şəkildə etməlidir”.
Könül Cəfərli
Rəylər