Güclü külək paytaxt ərazisində fəsadlar törətməyə davam edir. Paytaxtın müxtəlif rayonlarında aşan ağacların sayı artıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, bu dəqiqəyə qədər olan məlumata görə, paytaxt ərazisində 48 ağac aşıb.
12:42
Paytaxtın müxtəlif rayonlarında güclü külək 10 ağacı aşırıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə nəticəsində heç bir xəsarət qeydə alınmayıb.
Könül Cəfərli