Ötən gün gecə saatlarında güclü külək nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə məhdudiyyətlərə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, əraziyə AAYDA-nın texnikası və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.