Gəncədə güclü yağış fəsadlar törədib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün gecə saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Sel suları evlərə dolub.
Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.