Bunu dəqiqləşdirmək üçün keçmiş deputatın vəkillərindən olan Raqif Mustafayevlə əlaqə saxlanıb.
R.Mustafayev müvəkkilinin həqiqətən hicab taxdığını və namaz qıldığını söyləyib. Müsahibimiz Əhmədovanın vəkillərindən birindən - Eldar Qədimidən imtina etdiyini də açıqlayıb. Bununla bağlı o, sabiq deputatın ərizə yazdığını və yaxın günlərdə bunun müvafiq instansiyalara çatdırılacağını dedi. R.Mustafayev dedi ki, E.Qədimidən imtina olunmasının səbəbi sonuncunun müdafiə ilə bağlı iş görməməsi olub.
Xatırladaq ki, bir müddət əvvəl G.Əhmədovanın vəkili E.Qədimi sabiq deputatın təcridxanada namaz da qıldığını bildirmişdi.
www.aznews.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin