Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı yanğından son görüntüləri yayıb.
Oxu.Az xatırladır ki, dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.
Yataqdakı quyulardan birində yanğın artıq söndürülüb. Yanğının tam olaraq aradan qaldırılması istiqamətində son işlər aparılır.
“Günəşli”də yanğın belə söndürülür - VİDEO