Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanlı səyyah: "Qarabağa gəlmək çoxdankı arzum idi"
"Qarabağa, xüsusilə də, Şuşaya gəlmək çoxdankı arzum idi".
Bunu gürcüstanlı səyyah, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Çiçək Hüseynova "Report"a açıqlamasında deyib.
O, gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Qarabağ haqqında təəssüratını bölüşüb:
"Mən bu gün burada olmaqdan çox sevincliyəm. Çünki Qarabağa gəlməyi çoxdan arzulayırdım. Şuşanı azad görmək məni çox duyğulandırdı. Bura bizim üçün doğma, əziz yerdir".
O, 44 günlük müharibə dövründə keçirdiyi hisslərdən də danışıb:
"Gürcüstanda yaşayan azərbaycanlı olaraq müharibə dövründə çox həyəcan, stres keçirmişdik. Ən azı buradakı azərbaycanlılar qədər həyəcanlı idik və qələbə istəyimiz eyni idi. 8 noyabr tarixi də yaddaşımda gözəl təəssüratla qalıb. Həmin gün qalibiyyət xəbəri Gürcüstanda da qeyd olundu. Hamımız çox sevincli idik, hər yerdən qələbə, sevinc səsləri gəlirdi".
Səyyah mina probleminin də tezliklə həll olunacağına və azad olunmuş torpaqlarda yaşayışın tam bərpasına əminliyini ifadə edib.
"Şuşa şəhəri" teqi üzrə xəbərlər
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
- İkinci Qarabağ müharibəsini sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından dörd il ötür
- Türk dövlətlərinin birlik nümayişi: Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir
- Şuşada Zəfər Günü münasibətilə atəşfəşanlıq olub
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
Rəylər